Hindistan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hindistan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə edib

10:43 - 10 / 04 / 2018
Hindistan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə edib

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov ilə görüşüb.

1news.az-a Hindistan səfirliyindən verilən məlumata görə, görüşdə ali təhsil, tələbə mübadiləsi və təqaüd sahələrində iki ölkə arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Səfir Sanjay Rana Hindistan Mədəni Əlaqələr Şurasının (HMƏŞ) nümunəvi azərbaycanlı tələbələrə bakalavr, magistr və doktorantura proqramları üzrə təqaüdlər təklif etdiyini bildirib. Hindistan höküməti həmçinin, Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində bu ölkənin yüksək səviyyəli institutlarında müxtəlif təlim kursları üzrə tam maliyyələşdirilən təqaüd təklif edir.

Azərbaycan Dillər Universitetində (ADU) Hind dili müəlliminin iştirakı ilə “Hindistan Mərkəzi” fəaliyyət göstərir. Azərbaycanın digər universitetlərində əlavə Hind dili və Sanskrit kafedralarının təsis edilməsinə dair planlar vardır.

Qoşulmama Hərəkatına üzv ölkələr üçün yeni elan olunmuş təqaüd proqramı çərçivəsində Azərbaycanın iki hindistanlı tələbəyə təqaüd təklif etməsi haqqında məlumat verilib.

S.Rana səfirliyin daha çox azərbaycanlı tələbələrin Hindistana, xüsusilə də bakalavrdan sonrakı təhsil üzrə cəlb edilməsi üçün 'Hindistanda Təhsil' broşürasını hazırladığını qeyd edib. O da vurğulanıb ki, Hindistanın tibb, mühəndislik, əczaçılıq, informasiya və rabitə texnologiyası, jurnalistika, kənd təsərrüfatı və s. kimi sahələrdə mükəmməl kurslar üzrə yüksək səviyyəli təhsil təklif edən çoxsaylı institutları var.

P.Sultanova

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər