Ronaldonun zərbəsini təkrarlamağa çalışan jurnalist xəstəxanalıq oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Ronaldonun zərbəsini təkrarlamağa çalışan jurnalist xəstəxanalıq oldu - VİDEO

21:54 - 11 / 04 / 2018
Ronaldonun zərbəsini təkrarlamağa çalışan jurnalist xəstəxanalıq oldu - VİDEO

“Real”ın superulduzu Kriştiano Ronaldonun Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”a akrobatik zərbəylə vurduğu möhtəşəm qol geniş müzakirə edilir.

1news.az  Futbol11.az-a istinadən xəbər verir ki, argentinalı idman jurnalisti Manuel Sançes həmin qolu təkrar etmək üçün cəhd edib. Sançes topa yaxşı qalxsa da, enişi uğursuz alınıb. Yerə çırpılan jurnalistin ayaq biləyi qırılıb. Həmkarımız dərhal xəstəxanaya çatdırılıb.

Sançes videonu “instagram” səhifəsində paylaşıb və “Üzgünəm, Ronaldo. Çünki eynisini təkrarlaya bilmədim” sözlərini qeyd edib.

1news.az

Paylaş:
731

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər