Azərbaycan kuboku: “Keşlə” “Sumqayıt”a, “Neftçi” “Qəbələ”yə qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kuboku: “Keşlə” “Sumqayıt”a, “Neftçi” “Qəbələ”yə qalib gəldi - VİDEO

20:49 - 12 / 04 / 2018
Azərbaycan kuboku: “Keşlə” “Sumqayıt”a, “Neftçi” “Qəbələ”yə qalib gəldi - VİDEO

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

1news.az-ın məlumatına görə, mərhələnin ilk oyunları keçirilib.

Günün ilk qarşılaşmasında “Keşlə” son vaxtlar yaxşı oyun sərgiləyən, 2018-ci ildə məğlubiyyət üzü görməyən “Sumqayıt”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Digər görüş isə Qəbələdə keçirilib. Qış fasiləsindən sonra sabit oyunu ilə fərqlənən “Neftçi” “Qəbələ”nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 18-də  baş tutacaq.

Azərbaycan kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

12 aprel (cümə axşamı)

“Qəbələ” – “Neftçi” - 1:2

Qollar: Monroz, 90+1 - Lukas Qomes, 29; Namiq Ələskərov, 45

“Keşlə” – “Sumqayıt” - 1:0

Qol: Sezar Meza kolli, 90+1

1news.az

Paylaş:
670

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər