Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

16:40 - 13 / 04 / 2018
Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, püşk yarımfinala vəsiqə qazanan İngiltərənin “Liverpul”, İtaliyanın “Roma”, İspaniyanın “Real Madrid” və Almaniyanın “Bavariya” komandaları arasında atılıb.

Püşkün nəticələrinə əsasən, yarımfinalda “Bavariya” ilə “Real Madrid” və “Liverpul”la “Roma” komandaları qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları aprelin 24 və 25-də, cavab görüşləri mayın 1 və 2-də keçiriləcək. Final qarşılaşması isə mayın 26-da Kiyev şəhərində oynanılacaq.

Püşkatma mərasimində UEFA Çempionlar Liqasının kuboku bu turnirin final matçının səfiri, ukraina milli komandasının baş məşqçisi Andrey Şevçenkoya təqdim edilib.

Çempionlar Liqası

Yarımfinal

“Bavariya” (Almaniya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)

1news.az

Paylaş:
816

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər