Hacıbəy Heydərli: “Sosial şəbəkələrdə 1 milyona yaxın insan bizi izləyir”  | 1news.az | Xəbərlər
Müsahibə

Hacıbəy Heydərli: “Sosial şəbəkələrdə 1 milyona yaxın insan bizi izləyir” 

17:11 - 13 / 04 / 2018
Hacıbəy Heydərli: “Sosial şəbəkələrdə 1 milyona yaxın insan bizi izləyir” 

Bu gün Azxeber.com informasiya portalının 8 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com-un baş redaktoru Hacıbəy Heydərli 1news.az-a müsahibəsində həm saytın fəaliyyəti, həm də ölkə mətbuatı ilə bağlı digər məsələlərə toxunub. Həmin müsahibəni təqdim edirik:

- Bu gün saytınızın 8 yaşı tamam olur. Bu 8 il ərzində hansı çətinlikləriniz və uğurlarınız olub?

- Heç şübhəsiz bu səkkiz il bizim üçün kifayət qədər çətin və məsuliyyətli bir dövr olub. Biz 8 il öncə bu yola çıxanda heç bir resursumuz yox idi. BDU Jurnalistika fakültəsində təhsil alarkən qrup yoldaşım Əfsələddin Ağalarovla birgə bu yola qədəm qoyduq.

Fəaliyyətə başlayanda sadəcə gələcəyə inamımız və rəqabət əzmimiz var idi. Şükürlər olsun ki, bu müddətdə ölkənin aparıcı informasiya portallarından birinə çevrilə bildik. Ən böyük fərqliliyimiz isə sosial şəbəkələrdə aktiv fəaliyyətimizdir.

Hazırda saytımızın “facebook” səhifəsində 563 min və “instagram” səhifəsində isə 255 mindən çox insan var ki, bu da Azərbaycanda ən böyük səhifələrdəndir. Ümumilikdə, sosial şəbəkələrdə 1 milyona yaxın insan bizi izləyir”.

- Bu gün Azərbaycanda kifayət qədər səviyyəli, peşəkar saytlar və xəbər portalları var. Onlarla rəqabət aparmaq çətin deyil ki?

- Tamamilə düzgün vurğuladınız ki, bu gün informasiya məkanında çox böyük rəqabət mühiti var və xəbər portallarının sayı durmadan artır. Əlbəttə, gərgin rəqabətin hökm sürdüyü mühitdə çalışmaq, fərqlənmək kifayət qədər çətin məsələdir. Lakin buna baxmayaraq, biz müasir dəyərlərə adaptasiya olmaqla, xəbər siyasətimizi günün tələbələri ilə ayaqlaşdırmaqla bu rəqabət mühitində fərqlənməyə çalışırıq. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, buna nail oluruq.

- Saytınızın belə böyük oxucu kütləsinə malik olmasını nə ilə izah edərdiniz?

- Faəliyyətə başladığımız gündən bir məqsədi qarşımıza qoymuşuq – günün trendləri ilə ayaqlaşmaq. Heç bir maddi resurs sərf etmədən, böyük pullar xərcləmədən portalımızı aparıcı aparıcı xəbər saytlarından birinə çevirmişiksə, demək oxucuların etimadını qazanmışıq.

Fürsətdən istifadə edib gündəlik bizi izləyən daimi oxucularımızı da təbrik edirəm. Bu təkcə bizim deyil, həm də onların uğurudur. Oxucu kütləsini cəlb etməyin ən önəmli yolu insanların istədiyi məlumatları cəmiyyətə çatdırmaqdadır.

- Məlum olduğu kimi, saytınız sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarından biridir…

- Bəli, az öncə qeyd etdiyim kimi, “Facebook” sosial şəbəkəsində 563 min, “İnstagram”da isə 255 min izləyici bizim portalı izləyir. Cənubi Qafqazın ən böyük xəbər səhifələrindən biriyik.

Çox sevindirici haldır ki, hər gün sıralarımıza yüzlərlə yeni üzvlər daxil olur. Bizim ən böyük xəbər istehsalçımız həm də oxucularımızdır. Bu gün kollektivimizdə 6 nəfər çalışır. Biz bu günə qədər az da uğur qazanmışıqsa, həm də onların hər birinə borcluyuq.

- Saytınızı digər saytlardan fərqləndirən əsas cəhətlər hansılardır?

- Rəqabətin artdığı müasir şəraitdə biz Azxeber.com olaraq spesifik xəbər siyasəti yürütməyə çalışırıq. Bizim şüarımız budur: fərqli xəbərlərin ünvanı. Müxtəlif sahələrə aid xəbərləri həmin sahəyə marağı olan oxucuların istəyinə uyğun olaraq hazırlayırıq.

- Saytınızda daha çox hansı xarakterli xəbərlərə yer verilir?

- Səmimi deyəcəm. Hər xəbərin öz oxucusu var və ölkə gündəminə görə bu dəyişir. Elə olur ki, oğru aləminin xəbərləri trendə çevrilir, elə olur hansısa müğənninin xəbəri. Hazırda ciddi tutuma malik, ictimai-siyasi, sosial-iqtisadi həyata aid xəbərlərə daha çox üstünlük veririk. Eyni zamanda səhiyyə, diaspor, mədəniyyət, idman və digər sahələrdə də eksklüziv informasiyaları oxuculara çatdırmağa çalışırıq.

- Azərbaycan mətbuatında sizi daha çox narahat edən məsələlər hansılardır?

- Heç şübhəsiz harada fəaliyyət varsa, orada nöqsanlar da olmamış deyil. Bu mənada ölkə mətbuatı və onun vacib hissəsi olan internet mediada da istisna deyil.

Ən ciddi problemlərdən biri mətbuata aidiyyatı olmayan, bu sahədə heç bir nəzəri və praktik biliklərə malik olmayan şəxslərin xəbər saytı yaratmaları, reketçilik fəaliyyəti ilə bağlıdır. Digər bir problem reklam bazarı ilə bağlıdır. Bu sahədəki ümumi mənzərə heç də ürəyimizcə deyil.

- Gələcək fəaliyyətinizə qarşınıza qoyduğunuz əsas məqsədlər hansılardır?

- Artıq qeyd etdiyim kimi, bizim üçün əsas olan günün trendləridir. Qarşıda bir çox yeniliklər etməyi planlaşdırırıq. Əsas məqsədlərimizdən biri Azxeber.tv layihəsini oxuculara təqdim etməkdir. Bu istiqamətdə fəaliyyətimiz davam edir və yaxın gələcəkdə biz bu layihəni oxucularımıza təqdim edəcəyik.

Artıq rəsmi “facebook” səhifəmizdə bu istiqamətdə işlər aparılıb, təkcə 11 aprel seçkiləri günü canlı yayımlarımızı 100 minə yaxın insan izləyib.

- Səkkiz yaşı olması münasibətilə Azxeber.com ailəsini səmimi qəlbdən təbrik edir, sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

- Sağ olun.

1news.az

Paylaş:
2400

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər