Azərbaycan Kuboku: Yarımfinal oyunlarının başlama saatı açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan Kuboku: Yarımfinal oyunlarının başlama saatı açıqlanıb

20:13 - 13 / 04 / 2018
Azərbaycan Kuboku: Yarımfinal oyunlarının başlama saatı açıqlanıb

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

1news.az-ın məlumatına görə, görüşlər martın 18-də keçiriləcək.

İlk olaraq meydana “Sumqayıt”la “Keşlə” çıxacaq. Saat 17:00-da başlayacaq bu qarşılaşmadan 3 saat sonra “Neftçi” “Qəbələ”ni qəbul edəcək.

Qeyd edək ki, ilk oyunlarda “Keşlə” 1:0, “Neftçi” isə 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan kuboku

Yarımfinal (cavab oyunları)

18 aprel (çərşənbə)

17:00. “Sumqayıt” – “Keşlə”
Sumqayıt şəhər stadionu

20:00. “Neftçi” – “Qəbələ”
8-ci km qəsəbə stadionu

1news.az

Paylaş:
659

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər