#MFL Stars: “Poseidon” və qalib gəlmək üçün tükənməz iradə - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

#MFL Stars: “Poseidon” və qalib gəlmək üçün tükənməz iradə - FOTO - VİDEO

18:04 - 16 / 04 / 2018
#MFL Stars: “Poseidon” və qalib gəlmək üçün tükənməz iradə - FOTO - VİDEO

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-də ən müxtəlif komandalar cəmləşib.

Onlar biri-birindən yalnız turnirdə uğurlu çıxış dərəcəsi ilə deyil, həm də oyun tərzi, matçlara hazırlıq, xarakter və əhval-ruhiyyəyə görə də fərqlənirlər. Çempionatın ən iradəli komandalarından biri də heç şübhəsiz #MFL Stars-ın daimi rubrikasının qonağı olan “Poseidon”dur.

Qədim yunan mifologiyasından dənizlər hökmdarının adını daşıyan komandanın belə adlandırılması heç də təsadüfi deyil. Komandanın sponsoru ən innovativ Avropa avadanlıqlarından istifadə edərək minerallaşdırılmış yüksək keyfiyyətli su istehsal edən “H2O Silver Water” şirkətidir.

Hazırda “Poseidon” komandası B Konferensiyasında turnir cədvəlinin 4-cü sırasında qərarlaşıb və uşaqlar hər oyunda maksimum güc sərf edirlər. Komandanın əsas oyunçularından olan Ziya Mirzəcanovla söhbət zamanı komandada belə tükənməz gücün, enerjinin haradan qaynaqlandığı məlum oldu.

“MFL kimi turnirlərdə iştirak etmək üçün komandaya təcrübəli oyunçuları cəlb etmək lazımdır. Kapitanla birgə müxtəlif yerlərdən artıq MFL-də və yaxud peşəkar çempionatlarda oynamış təcrübəli futbolçuları komandaya cəlb etməyə başladıq. Komandanı yığandan sonra söz verdik ki, bütün oyunlara sonuncu oyunumuzmuş kimi çıxacağıq. Bir çox oyunlarımızı əzmkarlıq nümayiş etdirərək udmuşuq. İkinci hissədə tez-tez oyunumuzda yaxşılığa doğru dəyişiklik baş verir.

“H2O Silver Water” şirkəti MFL-də çıxış etməyimizin əsas səbəbkarı olmaqla yanaşı, bizə hərtərəfli dəstək verir. Rəqib komandalardan “Beerbaşa”nı qeyd edə bilərəm. Onlar bir neçə yaxşı transfer etdilər və hazırda bunun sayəsində zirvədədirlər. Fürsətdən istifadə edərək bütün komandalardan xahiş etmək istəyirəm ki, kobud oyundan imtina etsinlər və layiqli mübarizə aparsınlar”- deyə, Ziya qeyd edir.

Daha ətraflı – bizim videoreportajda:

1news.az

Paylaş:
655

Sizin üçün xəbərlər

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər