“SOCAR Turkey Enerji” TANAP-dan 7% pay alıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“SOCAR Turkey Enerji” TANAP-dan 7% pay alıb

15:59 - 17 / 04 / 2018
“SOCAR Turkey Enerji” TANAP-dan 7% pay alıb

“SOCAR Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsində hissədar olub”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “SOCAR Turkey Enerji”nin TANAP-da 7% pay alması üçün işlər bu ilin martın sonunda yekunlaşıb.

Maliyyə məsələlərinə toxunan Saltuk Düzyolun sözlərinə görə, bu günə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib. Bu layihə ilə bağlı xarici banklardan 3,75 mlrd. dollar kredit cəlb edilib.

Baş direktor bildirib ki, bu layihənin xərclərin 7,99 milyard dollar olacağı qiymətləndirilir:

“Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisində 82 165 299 insan saat iş işlənilib. İnşaat işlərində 1 mln. 310 min ton kəmər qaynaq edilib”.

1news.az

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər