“Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq

12:16 - 18 / 04 / 2018
“Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq

“28 May” – hava limanı istiqamətində hərəkət “Ekspress” avtobuslar Milli Gimnastika Arenasının qarşısında dayanacaq.

Bunu 1news.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, hazırda “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobusların dayanacaqlarından biri “Koroğlu” metro stansiyasının qarşısındakı dayanacaq məntəqəsidir.

Metronun “Koroğlu” stansiyasının hava limanı istiqamətindəki çıxışının qarşısında xaotik vəziyyətin və tıxacın aradan qaldırılması ilə bağlı avtobus dayanacaq məntəqəsi ləğv edildikdən sonra “28 May” – hava limanı istiqamətində hərəkət edən “Ekspress” avtobuslar aprelin 21-dən Milli Gimnastika Arenasının qarşısında dayanacaq.

S.Xankişiyeva

 

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər