“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

16:20 - 19 / 04 / 2018
“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq”, - deyə məlumatda qeyd olunur.

1news.az

Paylaş:
1364

Son xəbərlər

Bütün xəbərlər