Bakının mərkəzindəki məktəblərdə dərslər təxirə salınıb | 1news.az | Xəbərlər
Futbol

Bakının mərkəzindəki məktəblərdə dərslər təxirə salınıb

19:15 - 25 / 04 / 2018
Bakının mərkəzindəki məktəblərdə dərslər təxirə salınıb

Məlum olduğu kimi, Formula-1 Azərbaycan Qran Pri yarışı tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

1news.az

Paylaş:
758

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər