Yığmamız Gürcüstanla bacarmadı | 1news.az | Xəbərlər
Futbol

Yığmamız Gürcüstanla bacarmadı

21:38 - 25 / 04 / 2018
Yığmamız Gürcüstanla bacarmadı

Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.

1news.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azər Məmmədovun rəhbərlik etdiyi komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

Aprelin 27-də keçiriləcək növbəti oyunda millimiz Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz turnirdəki ilk matçında Türkiyənin 2004-cü il təvəllüdlülərdən ibarət komandası ilə heç-heçə edib – 1:1.

1news.az

Paylaş:
531

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər