“Real” Almaniyadan əzmkar qələbə ilə dönür – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Real” Almaniyadan əzmkar qələbə ilə dönür – VİDEO

10:10 - 26 / 04 / 2018
“Real” Almaniyadan əzmkar qələbə ilə dönür – VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir görüş keçirilib.

1news.az-ın məlumatına görə, Münhendə baş tutan qarşılaşmada “Bavariya” “Real”ı qəbul edib.

Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Kimmix dəqiq zərbə ilə meydan sahiblərinin önə keçirib. Lakin Bundesliqa klubu üstünlüyünü qoruya bilməyib.

Belə ki, birinci hissənin başa çatmasına az qalmış Marselo hesabı bərabərləşdirib. Görüşün 57-ci dəqiqəsində isə Asensio “Kral klubu”nun qələbə topunu vurub.

Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

25 aprel

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2

Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Münhen, “Alyans Arena”

Qeyd edək ki, cavab görüşü mayın 1-də Madriddə keçiriləcək.

 

1news.az

Paylaş:
718

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər