“Atletiko” Londondan ümidli dönür, “Marsel” “Zalsburq”a 2 verdi – VİDEO
Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
1news.az-ın məlumatına görə, dünən axşam keçirilən ilk oyunlar çərçivəsində azarkeşlər iki qarşılaşmaya şahidlik ediblər.
Günün ən çox maraqla gözlənilən matçı Londonda baş tutub. Belə ki, “Arsenal” doğma arenada “Atletiko”nu qonaq edib.
Görüşdə hesabı meydan sahibləri açıblar. Londonluların hücumçusu Lakazet 61-ci dəqiqədə komandasını irəli çıxarıb. Lakin “Arsenal” qələbəni qoruya bilməyib. “Atletiko” komandası 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı, ardınca isə qırmızı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynamasına baxmayaraq 82-ci dəqiqədə Qrizmanın qolu ilə hesabı bərabərləşdirib.
Günün digər qarşılaşmasında isə Fransa “Marsel”i doğma azarkeşlər önündə turnirin sürpriz komandası “Zalsburq”u qəbul edib.
Rəqibindən daha üstün oyun sərgiləyən meydan sahibləri 2:0 hesabı ilə qalib gələrək cavab görüşü öncəsi böyük üstünlük əldə ediblər.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
26 aprel
“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1
Qollar: Lakazet, 61 - Qrizman, 82
Qırmızı vərəqə: Vrsaliko, 10 (ikinci sarı)
Baş hakim: Klemen Turpin (Fransa)
London. “Arsenal” stadionu
“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0
Qollar: Tauvin, 15, Nji, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. “Velodrom” stadionu
1news.az