Erməni qız efirdə Azərbaycan bozbaşı hazırlayıb – VİDEO

Ukraynanın STB telekanalında yayımlanan proqramda çıxıç edən erməni Aspik Qasparyan Azərbaycan mətbəxinə məxsus bozbaş hazırlayıb:
“Bu, qoyun ətindən hazırlanmış şorba-bulyondur. Burada ətdən əlavə, noxud, tərəvəz və meyvə də var. Azərbaycanda bu şorbanın bir neçə növü var. Buraya həmçinin alça və qaragavalı da əlavə edilir. Azərbaycanda bu xörəyin adı “Boz baş”dır. Şorbanın qeyri-adi inqridienti isə alma olacaq”.
Proqramın aparıcısı erməni qızın hazırladığı Azərbaycan bozbaşı barədə müsbət fikirlər söyləyib. Qeyd edək ki, A.Qasparyan STB kanalında yayımlanan “Master Şef” kulinariya şousunun qalibidir.
Tərcümə: S.Xankişiyeva
944