İnfrastruktur layihələr – Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin inkişaf lokomotividir
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyəyə rəsmi səfərə getdi. Bu, dövlət başçısının seçkilərdən sonra qardaş ölkəyə ilk səfəri idi.
Azərbaycan və Türkiyə prezidentləri Ankarada iqtisadi blok üzrə qarşılıqlı sərfəli əməkdaşlığın bərkidilməsi məsələlərində Trans Anatolian Pipeline (TANAP) qaz kəmərinin istismarı və Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafına xüsusi diqqət yönəltdilər.
Xüsusilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı.
Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı iki ölkə arasında preferensial ticarət sazişi üzrə memorandum imzalanmışdı. Buna görə tərəflər ticari münasibətlər sahəsində aktiv danışıqlar aparır. Bu da Azərbaycanla Türkiyə arasında mal dövriyyəsini daha da artırır.
Azərbaycan Prezidenti aprelin 25-də Türkiyədə səfəri zamanı bildirib ki, bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoyub:
“Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, “Star” neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq”.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi 2017-ci ildə 2,64 milyard dollar təşkil edib. 2018-ci ilin ilk rübündə ölkələrimiz arasında mal dövriyyəsi 573,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% artım deməkdir.
2017-ci ilin oktyabrında Türkiyə Naxçıvan Muxtar Respublikasından təchiz edilmiş məhsulları rüsumdan azad edib. Siyahıda 43 adda (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) məhsul qeyd edilib ki, bu da ölkələrimiz arasında preferensial ticarət sazişi üzrə imzalanmış razılaşma sahəsində vacib addımdır. Həmçinin Türkiyə ilə Naxşıvan arasınd azad ticarət zonasının yaradılması da istisna deyil.
Türkiyə prezidenti Ərdoğan qeyd edib ki, ölkələrimiz arasında ticari əməliyyatlar zamanı milli valyutalardan istifadə məsələləri müzakirə olunur.
“Preferensial ticarət sazişi üzrə imzalanmış memorandum hər iki ölkənin iqtisadiyyatına inteqrasiyaya imkan yaradaraq Azərbaycanla Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcək”, - bunu 1news.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad Əlizadə bildirib.
“Hər iki ölkənin ticari əməliyyatlar zamanı milli valyutaya keçid ideyası çox maraqlıdır”.
2017-ci ilin oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismara verilməsi ticarətin inkişafına geniş imkanlar yaratdı.
Türkiyə prezidenti aprelin 25-də çıxışı zamanı vurğuladığı kimi, işimiz bu yolun – dünyanın ən vacib nəqliyyat dəhlizindən effektiv istifadə etməkdir.
Cari ilin yanvarında Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq istəyən dövlətlərlə işçi qrupunun yaradılması ilə bağlı göstəriş verib.
2035-ci ildə BTQ ilə 3 milyon sərnişin, 17 milyon ton yük daşına bilər. Uzunmüddətli perspektivdə bu göstəricilər daha da arta bilər. İlkin mərhələdə BTQ ilə 6,5 milyon ton yük daşınması nəzərdə tutulub. 2018-ci ildə sərnişin daşınması da başlanacaq.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda neft strategiyasının həyata keçirilməsilə bağlı bütün layihələrdə Türkiyə şirkətləri hər zaman iştirak edib.
2018-ci ilin iyununda TANAP qaz kəmərinin istismara verilməsi nəzərdə tutulub. TANAP il ərzində 16 milyard kubmetr qaz ötürülmə qabiliyyətinə sahibdir.
Türkiyə prezidentinin fikrincə, TANAP Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əsas hissəsi olaraq nəinki Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsinə, eləcə də bütün Avropaya enerji təhlükəsizliyi sahəsində öz təhfəsini verəcək.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, CQD layihəsi iki qitəni, altı ölkəni birləşdirərək, beynəlxalq əhəmiyyətli qaz kəməri yaradır.
“Bu da tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verəcək2.
“Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsi yalnız Türkiyə ilə Azərbaycan arasında təbii qaz mübadiləsini nəzərdə tutmur, eyni zamanda, bütün Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Digər tərəfdən, hazırda İzmirin Əliağa rayonunda inşası davam edən “Star” neft emalı zavodunun tikintisi də yaxın vaxtlarda başa çatacaq. İnşallah, onun da açılışını sentyabr-oktyabr aylarında yenə qardaşımla birgə edəcəyik. Beləliklə, Azərbaycan Türkiyədə ən böyük investora çevrilir. Beləliklə, Türkiyədə bir nömrəli sərmayəçi Azərbaycan olacaq. İqtisadi və ticari əlaqələrimizin daha da inkişaf etdirilməsi prioritet hədəfimizdir. Burada ən mühüm məqsəd müdafiə sənayesi sahəsində birlikdə atacağımız addımlar olacaq”, - deyə Türkiyə dövlət başçısı aprelin 25-də çıxışı zamanı bildirib.
SOCAR Turkiye Enerji tərəfindən tikilin “Star” neft emalı zavodu 2018-ci ilin iyununda emal üçün ilk xam neft məhsulunu əldə edəcək. İlk ixracat isə sentyabrın sonunda , oktyabrın əvvəlində – bu müsəssisənin təntənəli açılış zamanı baş tutacaq.
Martda SOCAR bildirib ki, “Star” neft emalı zavodu Petkim-in neft-kimya kompleksinə inteqrə edəcək.
Cari ildə SOCAR Azərbaycanda kimya sənaeyi sahəsində üç zavod istifadəyə verməyi planlaşdırır (2 SOCAR Polymer üzrə, 1 SOCAR Karbamid üzrə). Bu zavodların əsas məhsulu Türkiyə bazarlarında dinamik inkişafa yönəlib.
Beləliklə, SOCAR-ın fəaliyyəti Azərbaycan və Türkiyə münasibətlərini daha da möhkəmləndirərək, effektivlik üzrə görünməmiş xarakter daşıyır.
Tərcümə: S.Xankişiyeva