Bakıda “Formula-1”-də növbəti qəza | 1news.az | Xəbərlər
FORMULA 1

Bakıda “Formula-1”-də növbəti qəza

13:22 - 28 / 04 / 2018
Bakıda “Formula-1”-də növbəti qəza

Bakıda keçirilən “Formula-1” dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran-Prisi yarışının ikinci günündə qəza baş verib.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, Campos Vexatec Racing komandasının italiyalı pilotu Luka Qiotto idarəetməni itirərək bolidi divara çırpıb.

Qeyd edək ki, yarışmanın ikinci yarış günündə “Formula-2” sinfində birinci yarış, “Formula-1” pilotlarının isə üçüncü praktiki sessiyası keçirilir.

S.Xankişiyeva

Paylaş:
2428

Son xəbərlər

Bütün xəbərlər