“Neftçi”də yeni təyinat | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”də yeni təyinat

19:48 - 02 / 05 / 2018
“Neftçi”də yeni təyinat

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Rüstəm Allahverdiyev gətirilib. O, mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.

Qeyd edək ki, buna qədər “Neftçi”də mətbuat xidmətinin rəhbəri vəzifəsində Anar Şabanoğlu çalışırdı.

1news.az

Paylaş:
770

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər