İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlandı | 1news.az | Xəbərlər
Futbol

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlandı

18:39 - 03 / 05 / 2018
İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlandı

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib.

1news.az-ın məlumatına görə, mayın 11-də milli assosiasiyanın inzibati binasında keçiriləcək tədbir saat 10:00-da start götürəcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat

4. Digər məsələlər.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər