Avropa Liqasında finalçılar məlum oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasında finalçılar məlum oldu – VİDEO

10:13 - 04 / 05 / 2018
Avropa Liqasında finalçılar məlum oldu – VİDEO

Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

1news.az-ın məlumatına görə, günün daha çox maraq doğuran qarşılaşması Madriddə baş tutub. Belə ki, ilk oyunda “Arsenal”la 1:1 hesablı bərabərliyə qalan “Atletiko” bu dəfə rəqibi ilə doğma arenada üz-üzə gəlib.

Maraqlı və gərgin mübarozə şəraitində keçən oyunun, həm də cütün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Dieqo Kosta ilk hissənin son dəqiqəsində fərqlənərək komandasını finala çıxarıb.

Avropa Liqasında mövsümün sürpriz komandası hesab olunan “Zalsburq” isə doğma arenada “Marsel”i qonaq edib.

Səfərdə keçirdiyi ilk oyunda 0:2 hesabı ilə məğlub olan meydan sahibləri cavab qarşılaşmasında rəqibinə qalib gəlsə də, iki oyunun nəticəsinə görə finalın bir addımlığında mübarizəni dayandırmalı olub. “Marsel” isə finala vəsiqə qazanaraq “Atletiko”ya rəqib olub.

Qeyd edək ki, “Atletiko” və “Marsel” komandaları arasında final görüşü mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

3 may

“Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) - 1:0

Qol: Dieqo Kosta, 45+2

Baş hakim: Canluka Rokki (İtaliya)

Madrid, “Vanda Metropolitano” stadionu

İlk oyun: 1:1

“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) - 2:1 (əlavə vaxt)

Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116

Baş hakim: Sergey Karasyov (Rusiya)

Zalsburq, “Redd Bull Arena”

İlk oyun: 0:2

1news.az

Paylaş:
864

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər