Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu | 1news.az | Xəbərlər
İdman

Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu

20:44 - 07 / 05 / 2018
Yeniyetmə velosipedçimiz Türkiyədə çempion oldu

Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız mayın 5-6-da Türkiyənin Ordu şəhərində təşkil olunan bu ölkənin çempionatında uğurla çıxış ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasından 1news.az-a verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.

Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib – o, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.

Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.

1news.az

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər