Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal – FOTO | 1news.az | Xəbərlər
İdman

Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal – FOTO

14:35 - 14 / 05 / 2018
Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal – FOTO

Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yığma komandamızın üzvləri turniri 2 qızıl və 1 gümüş medalla başa vurub. 

Hacımurad Hacıyev (70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacımurad Hacıyev yerli idmançı Abdulqadji Maqomedovu gərgin keçən görüşdə üstələyib və qızıl medal qazanıb. Digər qızıl medalı yığmamıza finalda Özbəkistan idmançısı Rəşid Qurbanovu tam üstünlüklə məğlub edən İbrahim Yusubov qazandırıb. Yalnız final görüşündə məğlub olan Aslanbek Alborov isə gümüş medalla kifayətlənib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev təmsil edib. 

1news.az

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər