Finalçıların dueli: “Marsel” “Atletiko”ya qarşı | 1news.az | Xəbərlər
Futbol

Finalçıların dueli: “Marsel” “Atletiko”ya qarşı

15:56 - 16 / 05 / 2018
Finalçıların dueli: “Marsel” “Atletiko”ya qarşı

Bu gün futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

1news.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransanın Lion şəhərində müəyyənləşəcək.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gələcək.

1992/1993-cü il mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan “Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

“Atletiko” isə 6-cı kuboku qazanmaq əzmindədi. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə edib. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.

Qeyd edək ki, “Marsel” qələbə qazansa, Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.

UEFA Avropa Liqası

Final

16 may

22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion, “Park Olimpik Lion”

1news.az

Paylaş:
469

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər