Dünya Antidopinq Agentliyinin növbəti toplantısı Bakıda keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Dünya Antidopinq Agentliyinin növbəti toplantısı Bakıda keçiriləcək

12:03 - 18 / 05 / 2018
Dünya Antidopinq Agentliyinin növbəti toplantısı Bakıda keçiriləcək

Dünya Antidopinq Agentliyinin (World Anti-Doping Agency -WADA) Təsisçilər Şurasının növbəti toplantısı bu ilin noyabr ayında Bakıda keçiriləcək.

1news.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın “Twitter” səhifəsi məlumat yayıb.

Mayın 17-də Monrealda (Kanada) təşkilatın Təsisçilər Şurasının iclası olub. Həmçinin agentliyin İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Rusiya Antidopinq Agentliyi statusunun WADA məcəlləsinə uyğun gəlmədiyinə dair qərarın müddəti uzadılıb.

Xatırladaq ki, təşkilat 2015-ci ilin noyabr ayında WADA-nın akkreditasiyasından məhrum edilib.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər