Messi beşinci dəfə “Qızıl buts”un sahibi oldu
“Barselona” klubunun hücumçusu Lionel Messi 2017-2018-ci il mövsümünün ən yaxşı bombardiri kimi mükafatlandırılıb.
1news.az-ın məlumatına görə, La Liqada mövsümü 34 qolla tamamlayan argentinalı forvard karyerası ərzində beşinci dəfə “Qızıl buts” mükafatı alıb.
O, bu göstəriciyi 36 matçda nail olub. Bununla da 68 xal toplayan Messi “Liverpul”un misirli forvardı Məhəmməd Salahı geridə qoyub. Salah Premyer Liqada 36 oyunda 32 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.
Bombardirlik yarışında 3-cü yeri isə “Tottenhem”in qol silahı Harri Keyn tutub – 30 qol, 60 xal.
Mükafatı ona “Barselona” klubunda axırıncı oyununa çıxan Andres İnyesta sonuncu turda “Real Sosyedad”la keçirilən qarşılaşmada təqdim edib.
Qeyd edək ki, Messi həmin mükafatı daha əvvəl 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (34 qol) il mövsümlərində də qazanıb.
1news.az