SAM-ın dəstəyi ilə “Gürcüstan-Azərbaycan Strateji Tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM-ın dəstəyi ilə “Gürcüstan-Azərbaycan Strateji Tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının təqdimatı olub – FOTO

14:11 - 06 / 06 / 2018
SAM-ın dəstəyi ilə “Gürcüstan-Azərbaycan Strateji Tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının təqdimatı olub – FOTO

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Gürcüstanda nəşr edilmiş və tarix elmləri doktoru Omar Ardaşelianın müəllifi olduğu “Gürcüstan-Azərbaycan Strateji Tərəfdaşlığı: Tarix və müasir dövr” kitabının təqdimat mərasimi keçirilib.

1news.az-a SAM-dan verilən xəbərə görə, Tbilisi Dövlət Universitetində təşkil edilmiş təqdimat mərasimi Gürcüstanda akkreditə olunmuş dipomatik korpusun əməkdaşlarının, Gürcüstanın tanınmış elmi-ictimai xadimləri və beynəlxalq münasibətlər üzrə ekspertlərinin, habelə mətbuat nümayəndələri və universitetdə təhsil alan tələbə və məzunların iştirak ilə həyata keçirilib.

Azərbaycanla Gürcüstan arasındakı çoxəsrlik iqtisadi və mədəni  əlaqələrin əksini tapdığı bu yeni nəşrdə iki ölkə arasındakı strateji tərəfdaşlıq  ortaq  tarixi və siyasi inkişaf kontekstindən təhlil edilmiş, hər iki ölkənin tarixi təkamül yolu,ölkələr arasındakı mədəni əlaqələrin inkişafı, xalqlar arasındakı qarşılıqlı anlaşma, dostluq və mehriban qonşuluq dəyərləri və eləcə də genişmiqyaslı əməkdaşlığın fundamental faktorları və s. məqamlara aydınlıq gətirilmişdir.Bununla yanaşı, kitabın müxtəlif bölmələrində unikal geoiqtisadi və geosiyasi əhəmiyyətə malik olan Gürcüstan və Azərbaycanın dinamizimlə xarakterizə edilən və regionda sülh və təhlükəsizliyin bərqərar olmasını hədəfləyən  qlobal iqtisadi prosseslərə də birgə inteqrasiya etdiyi müəllif tərəfindən oxucuların diqqətinə çatdırılıb.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstanla Azərbaycan arasındakı mehriban qonşuluq münasibətlərinə toxunaraq dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində iki ölkə arasındakı əlaqlərin uğurla inkişaf etdiyini bildirib.

Daha sonra, SAM-ın direktoru Fərhad Məmmədov iki ölkə arasındakı tarixi əlaqələrin strateji əhəmiyyətli sahələrdə yüksələn xətt üzrə davam etdiyini vurğulamış, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş və qonşu ölkənin   regionda həyata keçirilən nəhəng layihələrin icrasında Azərbaycanın etibarlı və əsas tərəfdaşlarından biri olduğunu qeyd edib.

Kitabın müəllifi Dr.Ardaşelia Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin inkişaf dinamikasından bəhs edərək Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsilə diplomatik münasibətlərin daha da genişləndiyini qeyd etmiş və dövlətlərarası əlaqələrin zaman keçdikcə daha da dərinləşəcəyinə ümid bəslədiyini nəzərə çatdırıb.

S.Xankişiyeva

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər