Makedoniya prezidenti İlham Əliyevə məktub göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Makedoniya prezidenti İlham Əliyevə məktub göndərib

17:26 - 07 / 06 / 2018
Makedoniya prezidenti İlham Əliyevə məktub göndərib

Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik etməkdən böyük şərəf hissi duyuram. Ölkənizə səmimi qəlbdən firavanlıq, Azərbaycan xalqına yüksək rifah arzulayıram.

Sizinlə görüşlərimizi, o cümlədən bu ilin mart ayında Bakıda səmimi, açıq və dostluq şəraitində keçirilən son görüşümüzü böyük məmnunluqla xatırlayıram. Sizi yaxın gələcəkdə Makedoniya Respublikasında böyük məmnunluq hissi ilə qarşılayacağıma ümid edirəm. Bu əlamətdar gündə dost ölkələrimiz arasında mövcud olan əlaqələrin qarşıdan gələn dövrdə daha uğurla inkişaf edəcəyinə qəti inamımı ifadə edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

S.Xankişiyeva

 

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər