Prezident: Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək

11:05 - 09 / 06 / 2018
Prezident: Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək

Parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı məktubda deyilir.

“Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının növbəti sammitinin işə başlaması münasibətilə sizi təbrik edirəm. Avropadakı müxtəlif siyasi partiyaları vahid platformada birləşdirən Alyans nisbətən qısa müddətdə qitənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu bir təşkilata çevrilib. Məmmunluq hissi ilə bildirirəm ki, qurumun bəyan etdiyi milli suverenlik, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər zəngin tarixi ənənələri yaşadan Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.

Əlamətdar haldır ki, bugünkü sammit də müsəlman dünyasında ilk parlamentli respublikanın, qadınlara əksər qərb dövlətlərindən daha əvvəl seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunduğu dövrə təsadüf edir.

Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası müstəqillik illərində bazar iqtisadiyyatı, demokratiya, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutmuş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilmişdir”, - deyə dövlət başçısının məktubunda qeyd olunur.

Azərbaycan prezidenti təəssüf hissi ilə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin inkişafı istiqamətində ciddi maneə olaraq qalmaqdadır.

“Ermənilər 20 faiz torpaqlarımızı işğal edib və 1 milyondan çox insan evlərindən ayrı düşüb. Təcavüzə son qoyulması üçün beynəlxalq təşkilatlar tərəfindən heç bir tutarlı addım atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, toplantı yüksək işgüzarlıq səviyyəsində keçəcək, sülh və əmin-amanlığın təmin olunmasına xidmət edəcək”.

S.Xankişiyeva

 

Paylaş:
473

Son xəbərlər

Batı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27
Bütün xəbərlər