Deputat Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Deputat Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib

22:18 - 11 / 06 / 2018
Deputat Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputatı Yevda Abramovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
510

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər