“Real Madrid”in yeni baş məşqçisi məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Real Madrid”in yeni baş məşqçisi məlum oldu

17:17 - 13 / 06 / 2018
“Real Madrid”in yeni baş məşqçisi məlum oldu

İspaniyanın “Real Madrid” klubu uzun sürən məşqçi axtarışına son qoyub.

1news.az-ın məlumatına görə, Madrid təmsilçisi İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqiyə tapşırılıb.

52 yaşlı mütəxəssislə üç illik razılıq əldə olunub. Lopeteqi dünya çempionatından sonra komandaya rəhbərlik edəcək. İspaniyalı mütəxəssis 2016-ci ildən milli komandaya rəhbərlik edir. O, bu günə kimə 20 oyunda 14 qələbə qazanıb.

Həmçinin mütəxəssis 21 yaşadək (U-21) İspaniya millisi ilə Avropa çempionu adı qazanıb. X.Lopoteqi 2014-cü ildə Portuqaliyanın “Porto” klubunu baş məşqçisi vəzifəsində çalışıb.

O, bu posta Zinəddin Zidanı əvəzləyib.

1news.az

Paylaş:
1605

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər