Həmsədrlərin Paşinyanla ilk görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlərin Paşinyanla ilk görüşü keçirilib

12:47 - 13 / 06 / 2018
Həmsədrlərin Paşinyanla ilk görüşü keçirilib

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, görüşdə Paşinyan vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesindəki rolunun vacibliyini vurğulayıb.

O, effektiv əməkdaşlığın yaradılacağına ümidvar olduğunu bildirib.

Həmsədrlər Paşinyanı Ermənistanın baş naziri seçilməsi ilə əlaqədar təbrik edərək, onun Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcəyinə əmin olduqlarını ifadə ediblər.

Görüşdə tərəflərin götürdüyü öhdəliklərin, Vyana, Sankt-Peterburq və Cenevrə zirvə görüşlərində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Vasitəçilər baş nazirə qarşıdakı iş proqramları haqqında məlumat veriblər.

Paşinyan Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər danışıqlar prosesinin təşviqi üçün zəruri olan atmosferin formalaşdırılması istiqamətində atılan addımları müzakirə ediblər.

P.Sultanova

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər