DÇ-2018 başlayır: Rusiya Səudiyyə Ərəbistanına qarşı | 1news.az | Xəbərlər
Futbol

DÇ-2018 başlayır: Rusiya Səudiyyə Ərəbistanına qarşı

11:40 - 14 / 06 / 2018
DÇ-2018 başlayır: Rusiya Səudiyyə Ərəbistanına qarşı

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

1news.az-ın məlumatına görə, mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq. 

İyulun 15-də yekun vurulacaq dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva (“Lujniki” və “Spartak”), Kalininqrad (“Kalininqrad” stadionu), Sankt-Peterburq (“Sankt-Peterburq” stadionu), Nijni Novqorod (“Nijni Novqorod” stadionu), Volqoqrad (“Volqoqrad Arena”), Kazan (“Kazan Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-Don (“Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda (“Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.

DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq. A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər.

Çerçesovun komandası görüşün favoriti hesab olunsa da, Səudiyyə Ərəbistanı da uğurlu nəticə ilə mundiala yaxşı start vermək niyyətindədi.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək oyunu Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası idarə edəcək.

DÇ-2018

I tur

A qrupu

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

 Baş hakim: Nestor Pitana

Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Rusiya, Moskva. “Lujniki” stadionu.

1news.az

Paylaş:
1614

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər