Dünya çempionatında qol vuran futbolçuya avtomobil hədiyyə olundu
Dünya çempionatının qrup mərhələsində Kosta-Rika ilə oyunda vurduğu yeganə qolla Serbiya millisinə qələbə qazandıran Aleksandar Kolarova xüsusi hədiyyə alıb.
1news.az-ın Goal.az-a istinadən verdiyi xəbərə görə, Samara əyalətinin rəhbəri Dmitri Azarov təcrübəli müdafiəçiyə “Lada” avtomobili hədiyyə edib.
“Mən Kolarova "4х4" modelinin sertifikatını təqdim etdim. Bu, onun çox xoşuna gəldi. Düşünürəm ki, bu avtomobil sayəsində Kolarov daim bizim arenanı, vurduğu qolu xatırlayacaq” - Azarov qeyd edib.
1news.az
440