Dünya çempionatında oyuna çıxmaq istəməyən futbolçu cəzalandırıldı | 1news.az | Xəbərlər
Futbol

Dünya çempionatında oyuna çıxmaq istəməyən futbolçu cəzalandırıldı

15:24 - 19 / 06 / 2018
Dünya çempionatında oyuna çıxmaq istəməyən futbolçu cəzalandırıldı

Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığma komandanın hücumçusu Nikola Kaliniçi heyətdən kənarlaşdırıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, buna səbəb N.Kaliniçin dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə matçdakı davranışı olub. Qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış baş məşqçi futbolçunu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

Baş məşqçinin futbolçunu cəzalandıraraq heyətdən uzaqlaşdırmasından sonra N.Kaliniç artıq Rusiyanı tərk edərək ölkəsinə qayıdıb.

1news.az

Paylaş:
819

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər