Klublarımızın Avropa Liqasındakı rəqibləri məlum oldu
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılıb.
1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 94 komanda 47 cütə bölünüb.
Püşkatmanın nəticəsinə görə Azərbaycan klublarının da rəqiblərinin adları bəlli olub.
Püşkə əsasən, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” Macarıstanın “Uypeşt” və “Keşlə” Maltanın “Baltsan” komandası ilə mübarizə aparacaq.
I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
“Birkirkara” (Malta) / “Klaksvik” (Farer adaları) - “Jalgiris” (Litva)
“Qlenavon” (Şimali İrlandiya) - “Molde” (Norveç)
“Styarnan” (İslandiya) - “Nomme Kalyu” (Estoniya)
“Rudar” (Sloveniya) - “Tre Fiori” (San-Marino) / “Bala Taun” (Uels)
“İlves” (Finlandiya) - “Slaviya” (Bolqarıstan)
“Fola” (Lüksemburq) - “Avropa” (Cəbəllütariq) / “Priştina” (Kosovo)
“Proqres” (Lüksemburq) - “Qəbələ” (Azərbaycan)
“Streda” (Slovakiya) - “Dinamo” (Tiflis, Gürcüstan)
“Reyncers” (Şotlandiya) - “Şkupi” (Makedoniya)
“Stumbras” (Litva) - “Apollon” (Kipr)
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Domjale” (Sloveniya)
“Union” (Lüksemburq) - “Vitorul” (Rumıniya)
“Neftçi” (Azərbaycan) - “Uypeşt” (Macarıstan)
“Samtredia” (Gürcüstan) - “Tobol” (Qazaxıstan)
“Buduçnost” (Monteneqro) - “Trençin” (Slovakiya)
“Partizani” (Albaniya) - “Maribor” (Sloveniya)
“Zarya” (Baltsi, Moldova) - “Qurnik” (Polşa)
“Derri” (İrlandiya) - “Dinamo” (Minsk, Belarus)
“Spartak” (Serbiya) - “Kolreyn” (Şimali İrlandiya)
“B36 Torshavn” (Farer adaları) / “Sent-Jozef” (Cəbəllütariq) - “Mladost” (Monteneqro)
“Pünik” (Ermənistan) - “Vardar” (Makedoniya)
“Lahti” (Finlandiya) - “Hafnarfyordur” (İslandiya)
“Şemrok Rovers” (İrlandiya) - AİK (İsveç)
“Kliftonvill” (Şimali İrlandiya) - “Nordsyelland” (Danimarka)
“Ventspils” (Latviya) - “Luftetari” (Albaniya)
“Konnak” (Uels) - “Şaxtyor” (Belarus)
“Petrokub” (Moldova) - “Osiyek” (Xorvatiya)
“Ferensvaroş” (Macarıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Banants” (Ermənistan) - “Sarayevo” (Bosniya və Herseqovina)
“Enqordan” (Albaniya) / “Folqor” (San-Marino) - “Kayrat” (Qazaxıstan)
“Anortosis” (Kipr) - “Laçi” (Albaniya)
“Milsami” (Moldova) - “Slovan” (Slovakiya)
MOİK (Bolqarıstan) - “Riqa” (Latviya)
“Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya)
“Baltsan” (Malta) - “Keşlə” (Azərbaycan)
“Lex” (Polşa) - “Qandzasar” (Ermənistan)
“Çixura” (Gürcüstan) - “Beytar” (İsrail)
“Kevn Druids” (Uels) / “Trakai” (Litva) - “İrtış” (Qazaxıstan)
“Jelezniçar” (Bosniya və Herseqovina) - “Trans” (Estoniya)
“Vaduts” (Lixtenşteyn) - “Levski” (Bolqarıstan)
“Radniçki” (Serbiya) - “UE Sent Julia” (Andorra) / “Qzira Yunayted” (Malta)
“Rudar” (Monteneqro) - “Partizan” (Serbiya)
“Levadiya” (Estoniya) - “Dandalk” (İrlandiya)
“Hibernian” (Şotlandiya) - “Runavik” (Farer adaları)
“Vestmannaeyar” (İslandiya) - “Sarpsborq” (İsveç)
“Liepaya” (Latviya) - “Haken” (İsveç)
“Kopenhagen” (Danimarka) - “KuPS” (Finlandiya)
1news.az