Şeffild Universiteti Azərbaycanda Executive MBA proqramının rəsmi açılış mərasimini keçirib FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şeffild Universiteti Azərbaycanda Executive MBA proqramının rəsmi açılış mərasimini keçirib FOTO – VİDEO

11:00 - 20 / 06 / 2018
Şeffild Universiteti Azərbaycanda Executive MBA proqramının rəsmi açılış mərasimini keçirib FOTO – VİDEO

Bakı Hilton otelində Britaniyanın Şeffild Universitetinin rəhbər işçilər üçün İdarəçilik üzrə magistratura proqramı (MBA- Master of bussines administration) proqramının açılışı baş tutub.

Açılış mərasiminin rəsmi qonaqları Şeffild Universitetinin proqram direktoru Corc Efstatiadis və Akademik Direktoru Leslie Szamosi, Yunanıstanın Azərbaycandakı səfiri Nikolas Kanellos və Britaniya Konsulluğunun ölkə üzrə direktoru xanım Elizabet Uayt olublar.

Corc Efstatiadis bildirib ki, Azərbaycan xalqının zəngin keçmişi və böyük gələcəyi var:

“Bu gün qürur hissi keçirirəm ki, sizlərin qarşısında dünyada məşhur Şeffild Universitetini təmsil edirəm. Bu universitetin böyük nüfuzu var və tədrisin mükəmməliyini təmin edən qlobal tədris mərkəzidir. Ümid edirik ki, müasir biznes təhsilinin Azərbaycanda təmin edilməsi ölkə üçün üstünlükdür”.

Corc Efstatiadis qeyd edib ki, universitetin məqsədi təhsil sahəsində müəyyən bir dəyişikliyə imza atmaqdır:

“Buna biz öz elmi tədqiqatlarımız,  proqramlarımız və məzunlarımızla imza atmaq əzmindəyik. Düşünürük ki, bununla da təhsil sahəsində əhəmiyyətli dərəcədə yüksək nəticəyə malik olacağıq. Məqsədimiz Azərbaycan xalqı üçün unikal təhsil təcrübəsinin təklif edilməsidir. İstərdik ki, təcrübə müasir və çox rəqabətli qlobal mühitdə Azərbaycana bu sahədə əhəmiyyətli dəyişiklik gətirə biləcək təklif olsun”.

Nikolas Kanellos Şeffild Universitetinin Azərbaycanda təqdim etdiyi İdarəçilik üzrə magistratura proqramı ilə bağlı hər kəsi təbrik edib:

“Təhsil hər bir insanın gələcəyidir. Həmin universitet Yunanıstanda yüksək səviyyədə tələbələrə təhsil verir. Bu baxımdan da Azərbaycanda da dəyərli insan kapitalının yaradılması və gələcəyin təmin edilməsi baxımından gözəl bir hadisədir. Azərbaycan hökumətini təbrik edirəm”.

Elizabet Uayt bu cür beynəlxalq reytinqli universitetin İdarəçilik üzrə magistratura proqramının Azərbaycanda açılmasını müsbət hal kimi qarşılamış və bunun Azərbaycandakı iş adamlarına üçün geniş imkanların açdığını qeyd edib:

“Bu sahədə konsul ölkələr arasında mübadilənin təmin edilməsinə çalışır. Böyük Britaniyada fəaliyyət göstərən universitetin Azərbaycanda olması tələbələrin təhsillərinə müsbət təsir göstərəcək. Təhsil naziri ilə görüşlərində onlar hər zaman Britaniya təhsilini yüksək səviyyəli təhsil kimi adlandırblar. Azərbaycana beynəlxalq səviyyədə olan proqramlar, biliklər gətirilməlidir. Biznes işgüzar münasibətlərin qurulması üçün mütləqdir”.

Leslie Szamosi isə bildirib ki, Azərbaycan Britaniya təhsilinin alınması üçün gözəl imkandır: “Proqram şərqi Avropa ölkələrində artıq 25 ildir ki, həyata keçirilir. Proqram 6 sahədə ixtisaslanır. Tələbələrin şəxsi karyerlarını inkişaf etdirmək üçün əla fürsət olacaq. Dünyanın müxtəlif yerlərində işləyən müəllim heyəti Azərbayacana gələcəklər”.

Şeffild Universitetinin İdarəçilik üzrə magistratura proqramı peşəkar karyera, özünü inkişaf və biznes sahəsində öz bilik və təcrübələrini daha da təkmilləşdirmək niyyətində olan müasir dövrün rəhbər və menecerləri üçün nəzərdə tutulmuş innovativ proqramdır. Kursun çatdırılma metodu (hər ayda 1 dəfə, 3 günlük həftə sonu) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan kurslarda iştirak etmək imkanı yaradır. Hazırda, İdarəçilik üzrə magistratura proqramı Cənub-Şərq və Şərqi Avropada, həmçinin Qafqaz regionunda da təsis olunmaqla, özündə geniş beynəlxalq biznes şəbəkəsini yaradıb. Şeffild Universiteti Britaniyanın qədim təhsil mərkəzlərindən biri olmaqla, dünya üzrə məhşur 100 universitetlərin siyahısına daxil olub. (2018-ci il QS Reytinqinə əsasən dünya üzrə 75-ci, Avropa üzrə 22-ci). Şeffild Universiteti 6 akademik fakültədən ibarətdir. 5 fakültə Böyük Britaniyada və axırıncı beynəlxalq fakültəsi isə Yunanıstanın Saloniki şəhərində yerləşir. 

Şeffild Universitetinin qeyd olunan magistratura proqramı hal-hazırda 8 müxtəlif ölkələrdə tədris edilməkdədir. Proqram eksklüziv olaraq, 2 il davam etməklə təcrübəli idarəçilər və rəhbər işçilər üçün hazırlanıb və hər ayın həftəsonlarında keçirilir. Bu da proqramın iştirakçılarına öz gündəlik iş qrafiklərini pozmadan idarəçilik üzrə təhsil almaq imkanı yaradır. İdarəçilik üzrə magistratura proqramının unikallığı onun tədrisə, biznes və menecement konsepsiyasına və onun strateji cəhətdən formalaşmasına həmçinin tətbiq edilməsinə hərtərəfli yanaşmasından ibarətdir. Azərbaycanın ən yaxşı beş ulduzlu otellərindən keçirilməklə yanaşı, proqram ildə bir dəfə ölkədən kənarda Böyük Britaniyada və Yunanıstanda kurslarda iştirak etməklə tələbələrə digər iş adamları ilə beynəlxalq əlaqələrin qurulması imkanı yaradır.

Qeyd edək ki, açılış mərasimi ilə yanaşı Şeffild Universiteti öz təşəbbüsü ilə Hilton Bakı otelində iş adamları üçün “Şirkətdaxili dəyişikliklərin idarə edilməsi və işçi heyəti tərəfindən dəstəklənməsi” mövzusunda seminar keçirilib. Seminara giriş ödənişsiz olub. Növbəti seminarın keçirilməsi sentyabr ayının əvvəlinə planlaşdırılır.

Qeyd edək ki, Şeffild Universitetinin Azərbaycandakı nümayəndəsi Hacıyeva Nigar Sərdar qızıdır. Nigar xanım Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr dərəcəsinin məzunudur. 10 ildən artıqdır ki, müxtəlif dövlət və özəl sektorlarda hüquqşünas kimi və həmçinin rəhbər vəzifələrdə çalışıb.

Ətraflı məlumat [email protected] yazmaqla və ya (+99450) 663-07-70 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
2157

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər