Son 60 ildə ilk dəfə - Argentina FACİƏSİ – FOTO
Rusiyada keçirilən DÇ-2018-də dünən Argentina yığması Xorvatiya millisinə 0:3 hesabla uduzub. Xorvatlar 1998-ci ildən bəri ilk dəfə mundialın pley-offuna çıxıblar.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, LÇ-1998-də xorvatlar yarımfinalda Fransa yığmasına 1:2 hesabla uduzaraq 3-cü yer uğrunda matçda Hollandiyaya qalib gəlmişdilər.
Sonralar xorvatlar mundiallarda üç dəfə qruplarda 3-cü yerləri tutublar. DÇ-2002-də Meksika və İtaliyaya, DÇ-2006-da Braziliya və Avstraliyaya, DÇ-2014-də Braziliyaya və Meksikaya uduzublar. DÇ-2010-da Xorvatiiya yığması mundiala düşməmişdi.
Argentina yığması isə 1974-cü ildən bəri ilk dəfə qrup mərhələsində iki start matçdan heç birində qalib gəlməyib.
Ən pisi isə odur ki, Argentina yığası 60 il idi ki, belə rüsvay olmurdu. Sadəcə, DÇ-1958-ci ildə argentinalılar Çexoslovakiya yığmasına 1:6 hesabla uduzmuşdular.
Argentina yığması tarixində ikinci dəfədir ki, iki start matçda cəmi 1 qol vurur. İlk dəfə belə hal DÇ-2002-də, argentinalıların qrup mərhələsindən çıxa bilmədikləri zaman baş vermişdi.
Artıq 4 matçdır ki, Argentina dünya çempionatının matçlarında qalib gələ bilmir. 2 bərabərlik, 2 məğlubiyyət - Argentina yığmasının tarixində belə "qara rekord" olmamışdı.
Və ən nəhayət, Argentina yığması son 30 ildə ilk dəfədir ki, mundialın iki start matçının ikisində də qapısından top buraxıb.
Xorvatiya yığması isə dünya çempionatlarında Cənubi Amerika milliləri ilə son 4 matçının hamısında uduzmuşdu...
Xorvatiya-Argentina matçında stadionun VİP-tribunasında Dieqo Maradona da vardı.
Oyunun əvvəlində çox nikbin təsir bağışlayan Dieqo Armando Maradona doğma yığmasına çılğınlıqla azarkeşlik edirdi. Lakin oyun davam etdikcə Maradonanın əhvalı pisləşirdi.
Xorvatlar Argentina yığmasını darmadağın edəndə isə o, çox pərişan idi.
1news.az