Mədəniyyət nazirinə iki müavin təyin olunub
Prezident İlham Əliyev mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında Dövlət Xidmətinin rəisinin təyin olunması haqqında sərəncamlar imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlət başçısının iyunun 27-də imzaladığı sərəncamla Rafiq Yasin oğlu Bayramov, Sevda Yusuf qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavinləri, Zakir İmran oğlu Sultanov isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin yeni strukturunda bir birinci müavin, iki müavin vəzifəsi nəzərdə tutulur.
Dövlət başçısının bir müddət əvvəl imzaladığı sərəncamla Vaqif Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Beləliklə, bundan əvvəl nazir müavini olmuş Ədalət Vəliyev təyinat almayıb.
S.Xankişiyeva