Sarı vərəqə alıb, mundialın tarixinə düşdü | 1news.az | Xəbərlər
Futbol

Sarı vərəqə alıb, mundialın tarixinə düşdü

09:41 - 28 / 06 / 2018
Sarı vərəqə alıb, mundialın tarixinə düşdü

Rusiyada keçirilən dünya çempionatında daha bir rekord qeydə alınıb.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, 3-cü turda keçirilən Meksika - İsveç matçında mundiallar tarixinin ən erkən sarı vərəqəsi göstərilib.

Matçın start fitindən 15 saniyə sonra Meksika millisinin üzvü Xesus Qalyardo rəqib futbolçusu Ole Toyvonenə qarşı kobud oynayıb. Görüşün baş hakimi buna görə futbolçuya rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, Meksika - İsveç oyunu ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

1news.az

Paylaş:
1478

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər