Prezident İlham Əliyev Kamal Qafarova “Əməkdar həkim” fəxri adı verib

Prezident İlham Əliyev Kamal Qafarova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Kamal Qafar oğlu Qafarova “Əməkdar həkim” fəxri adı verilsin”.
1news.az
522