Dünya çempionatında bütün 1/4 finalçılar məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Dünya çempionatında bütün 1/4 finalçılar məlum oldu

09:53 - 04 / 07 / 2018
Dünya çempionatında bütün 1/4 finalçılar məlum oldu

Rusiyada keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, baş tutan son iki görüşün ardından bütün 1/4 finalçılar müəyyənləşib.

Öncə İsveç və İsveçrə üz-üzə gəliblər. Sankt-Peterburqda keçirilən görüşün taleyini bir qol həll edib. Emil Forsberqin yeganə qolu İsveçi növbəti mərhələyə daşıyıb.

Onların 1/4 finaldakı rəqibi Moskvada Kolumbiya və İngiltərə arasında oyunda bəlli olub. Qarşılaşmanın 120 dəqiqəsində komandalar hərəyə 1 dəfə fərqləndiklərindən, penaltilər seriyasına ehtiyac duyulub. Burda daha dəqiq oynayan ingilislər yollarını davam etdiriblər.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyulun 6-7-də keçiriləcək.

Dünya çempionatı

1/4 final

6 iyul

18:00. Fransa - Uruqvay

22:00. Braziliya - Belçika

7 iyul

18:00. İsveç – İngiltərə

22:00. Rusiya - Xorvatiya

1news.az

Paylaş:
1617

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər