Prezident İlham Əliyev Meksikanın dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Meksikanın dövlət başçısını təbrik edib

21:11 - 06 / 07 / 2018
Prezident İlham Əliyev Meksikanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli Andres Manuel Lopes Obrador,

Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
465

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər