İlham Əliyev “Qarabağ” neft yatağının işlənməsinə dair sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “Qarabağ” neft yatağının işlənməsinə dair sazişi təsdiqləyib

10:26 - 06 / 07 / 2018
İlham Əliyev “Qarabağ” neft yatağının işlənməsinə dair sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, 2018-ci il mayın 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("SOCAR"), Statoyl Azərbaycan Qarabağ BV (“Statoyl”) və SOCAR Qarabağ LLSi ("SOCAR Qarabağ") arasında Risk xidməti Sazişi bağlanıb.

  1. “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi (bundan sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra - Hökumət təminatı) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
  3. Sazişin əsas mətninə edilmiş on iki (12) Əlavə (bundan sonra - Əlavələr) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
  4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
  5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
  6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
  7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
  8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

S.Xankişiyeva

 

Paylaş:
382

Son xəbərlər

İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58
Bütün xəbərlər