İlham Əliyev Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib

12:42 - 06 / 07 / 2018
İlham Əliyev Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivinə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Konstitusiya Məhkəməsi hakimləri və əməkdaşları!

Sizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə təbrik edirəm.

Konstitusiya Məhkəməsinin yaradılmasının 20-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf edir və bu iki mühüm tarix Azərbaycan xalqının güclü demokratik ənənələrə malik olmasını əyani şəkildə nümayiş etdirir.

Müstəqil Azərbaycanda konstitusionalizm ideyalarının inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının hüquqi, demokratik, dünyəvi dövlət qurmaq niyyətini bəyan etmiş və insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etmişdir.

Əsas Qanunun aliliyini təmin etmək məqsədilə 1998-ci ildə Konstitusiya Məhkəməsinin yaradılması konstitusiya islahatlarının növbəti önəmli mərhələsi olmuşdur.

Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir.

Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir.

Bir daha Sizi təbrik edir və Konstitusiya aliliyinin təmin edilməsinə yönəlmiş fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
487

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər