Prezident Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarını təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarını təltif edib

19:30 - 09 / 07 / 2018
Prezident Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Canəhmədov Anar Əhəd oğlu

Həbibli Gültəkin Fazil qızı

Kərimov Emil Zülfüqar oğlu

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayeva Leyla Yaşar qızı

Hacıyev Hikmət Fərhad oğlu

Süleymanov Nüsrət Süleyman oğlu

Şahhüseynov Elnur Sultan oğlu”.

President.az

Paylaş:
641

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər