Prezident Konstitusiya Məhkəməsinin 20 illiyi münasibətilə bir qrup şəxsi təltif edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Konstitusiya Məhkəməsinin 20 illiyi münasibətilə bir qrup şəxsi təltif edib

19:03 - 10 / 07 / 2018
Prezident Konstitusiya Məhkəməsinin 20 illiyi münasibətilə bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Qaracayev Ceyhun Yasinəli oğlu

Şəfiyev Kamran Rauf oğlu

Babayeva Səbinə Sabir qızı

Səlimov Rüstəm Fikrət oğlu

Tağızadə Zərifə Fərhad qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Eyvazov Anar İman oğlu

Ələsgərova Gülzar Tofiq qızı

Qurbanova Həcər Əli qızı

Məmmədov Murad Akif oğlu

Tağıyeva Nərgiz Nazim qızı”.

President.az

Paylaş:
535

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər