Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə qarşı yönələn məkrli planın tərkib hissəsidir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə qarşı yönələn məkrli planın tərkib hissəsidir

16:16 - 11 / 07 / 2018
Sahibə Qafarova: Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə qarşı yönələn məkrli planın tərkib hissəsidir

Azərbaycanda güclü xalq iqtidar birliyi mövcuddur və bu birlik ölkəmizdə bütün problemlərin aradan qaldırılmasına imkan verir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Milli Məclisin deputatı bildirib ki, Gəncədə baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli planın tərkib hissəsidir və bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır. Bu əməli törədənlər faktiki olaraq terrorçulardır və onlar Azərbaycan dövlətinə qarşı terror törədiblər. Müxtəlif ölkələrdə baş vermiş qanlı hadisələri, ssenariləri Azərbaycanda da təkrarlamaq istəyən, ölkəmizdə böyük qırğınlar törətmək niyyətində olan bu dağıdıcı ünsürlərin məqsədi Azərbaycanda xaos və qarşıdurma yaratmaqdır.

S.Qafarova qeyd edib ki, bu terrorçular, təxribatçılar öz istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və dövlətimizin başçısının ətrafında sıx birləşib. Bu ilin aprel ayında keçirilən prezident seçkilərində də biz bir daha bu reallığın şahidi olduq. Milli Məclisin deputatı deyib: "Azərbaycanın müstəqilliyini, dövlət quruluşunu, ölkəmizdəki sabitliyi hədəf alan hər bir qüvvə bu birlik qarşısında acizdir. Azərbaycan xalqı Gəncədə baş verən təxribatlara qarşı da öz barışmaz mövqeyini ortaya qoydu. Xalqımız dövlətimizin ətrafında bir yumruq kimi birləşərək pozucu qüvvələrə meydan vermədi.

Ölkənin tanınmış ziyalıları, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız təxribat əməllərini kəskin şəkildə pisləyərək öz dövlətinə sahib çıxdı. Bax, budur, əsl vətəndaşlıq mövqeyi, xalqın, cəmiyyətin birliyi. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu deyil və bu dəyərlərə qarşı atılan hər bir addımda dövlətini, xalqını sevən hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoyur. Bu hadisəni törədənlər, Azərbaycanda təxribat törətmək arzusunda olanlar da bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və bu kimi cəhdlərlə müstəqilliyimizə xələl yetirmək mümkün deyil".

Sahibə Qafarova vurğulayıb ki, baş verən hadisələr zamanı diqqət çəkən mühüm məqamlardan biri də təhlükəsizlik orqanlarının, o cümlədən Azərbaycan polisinin yüksək vətənpərvərlik, peşəkarlıq nümayiş etdirməsidir. Rəşadətli, qətiyyətli Azərbaycan polisi ən çətin məqamlarda belə öz dövlətinə, dövlətçiliyimizə sədaqətlə xidmət edir. Azərbaycan polisi bir daha sübut etdi ki, xalqımızın, dövlətimizin təhlükəsizliyini qorumaq üçün öz canını qurban verməyə hazırdır. Asayiş keşikçiləri hər cür təxribata qarşı adekvat tədbirlər görür, pozucu qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirərək lazımi addımları atır.

“Azərbaycanın ən mürəkkəb situasiyalarda belə milli maraqlarımızı, xalqımızın mənafeyini qətiyyətlə qorumağı bacaran qüdrətli lideri var və Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycan bundan sonra da öz müstəqillik yolunda inamla addımlayacaq”,- deyə Milli Məclisin deputatı vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
541

Son xəbərlər

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”Bu gün, 12:42Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir11 / 05 / 2024, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO11 / 05 / 2024, 17:55Azərbaycanda zəlzələ olub11 / 05 / 2024, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib11 / 05 / 2024, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir11 / 05 / 2024, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 311 / 05 / 2024, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQ11 / 05 / 2024, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil11 / 05 / 2024, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir11 / 05 / 2024, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir11 / 05 / 2024, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir11 / 05 / 2024, 15:27Bakıda mənzildə meyit tapılıb11 / 05 / 2024, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - Prezident11 / 05 / 2024, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib11 / 05 / 2024, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir11 / 05 / 2024, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək11 / 05 / 2024, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar11 / 05 / 2024, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb11 / 05 / 2024, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilib11 / 05 / 2024, 13:42
Bütün xəbərlər