“Qəbələ” ilə “Keşlə”dən uğursuz start, “Neftçi”dən əzmkar qələbə - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” ilə “Keşlə”dən uğursuz start, “Neftçi”dən əzmkar qələbə - VİDEO

10:08 - 13 / 07 / 2018
“Qəbələ” ilə “Keşlə”dən uğursuz start, “Neftçi”dən əzmkar qələbə - VİDEO

Azərbaycanı Avropa Liqasında təmsil edən klublarımız dünən ilk matçlarına çıxıblar.

1news.az-ın məlumatına görə, “Qəbələ” ilə “Neftçi” evdə, “Keşlə” isə səfərdə meydana çıxıblar.

“Qəbələ” I təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubunu qəbul edib. Sənan Qurbanovun baş məşqçi kimi ilk rəsmi matçına çıxardığı “qırmızı-qaraların” görüşdə qalib gələcəyi gözlənilsə də, sevinən tərəf qonaq komanda olub.

İkinci hissədə komandamızın qapısına 2 cavabsız qol vuran “Proqres” evə sərfəli nəticə ilə dönüb. “Qəbələ” isə cavab matçı öncəsi işini çətinə salıb.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) - 0:2

Qollar: Mayron de Almeyda, 51; Olivye Till, 61 (pen.)

Sarı vərəqələr: Jozef Monroz, 15; Təmkin Xəlilzadə, 84 - Sebastyan Till, 65; Sebastyan Floss, 72

Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ. Şəhər stadionu

Azərbaycan kubokunun son qalibi olan “Keşlə” səfərdə Maltanın “Baltsan” klubunun qonağı olub. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olub. Yuri Maksimovun yetirmələri rəqibi qarşısında zəif oyun sərgiləyərək səfərdən 1:4 hesablı məğlubiyyətlə dönüblər.

“Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) - 4:1

Qollar: Alfred Effionq, 12; Lekao, 21; Boyan Kalyeviç, 34; Kadu, 55 - Sezar Meza Kolli, 29 (pen.)

Sarı vərəqə: Miloş Lepoviç, 58; Kadu, 71 - Fuad Bayramov, 38; Ebrima Sonha, 88

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya)

UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq)

Ta Qali. "Sentenari" stadion

“Qəbələ” ilə “Keşlə”dən fərqli olaraq “Neftçi” ilk matçını evdə keçirib. “Ağ-qaralar” “Dalğa Arena”da Macarıstanın “Uypeşt” klubunu qonaq ediblər. Bu görüş həm də Roberto Bordinin “Neftçi”nin baş məşqçisi postunda debütü ilə yadda qalıb.

Qapısından erkən qol buraxan “Neftçi” bunun əvəzini 3 topla çıxaraq, əzmkar qələbə qazanıb.

“Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 3:1

Qollar: Baqali Dabo, 24, 72; Emin Mahmudov, 90+2 - Daniel Nad, 9

Sarı vərəqələr: Baqali Dabo, 62; Emin Mahmudov, 66 - Robert Litauski, 78

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)

Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı. “Dalğa Arena”

1news.az

Paylaş:
931

Sizin üçün xəbərlər

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər