Bilik Fondunun Himayəçilik Şurasına üzvlər təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Bilik Fondunun Himayəçilik Şurasına üzvlər təyin edilib

21:45 - 16 / 07 / 2018
Bilik Fondunun Himayəçilik Şurasına üzvlər təyin edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7  may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik  Fondunun  Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilsinlər:

Həsənov Əli Məhəmmədəli oğlu

-

 Azərbaycan Respublikası Prezidentinin  İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu

-

 Azərbaycan Respublikasının  təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu

-

 Azərbaycan Respublikasının  mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu

-

 Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı

-

Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu

-

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 18 iyul tarixli 651 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 878) ləğv edilsin”.   

President.az

Paylaş:
631

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər