Fransa ikinci dəfə dünya çempionu oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Fransa ikinci dəfə dünya çempionu oldu – VİDEO

09:49 - 16 / 07 / 2018
Fransa ikinci dəfə dünya çempionu oldu – VİDEO

Rusiyada təşkil olunan DÇ-2018-in son – final görüşü keçirilib.

1news.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa və Xorvatiya komandaları üz-üzə gəlib.

Görüşə daha fəal başlayan xorvatlar rəqibindən üstün oyun sərgiləsələr də onların bir qoluna fransızlar iki qoдla cavab veriblər. Daha doğrusu bir qolu Mancukiç öz qapısına yollamaqla avtoqola imza atıb. Beləliklə də xorvatlar fasiləyə 1:2 hesablı məğlubiyyətlə yollanıblar.

İkinci hissədə isə əks hücumlarda diqqətli olan Deşamın komandası daha iki qol vuraraq fərqi artırıb.

Fransızların qapıçısı Llorisin səhvindən yararlanan Mancukiç fərqi azaltsa da, bu, təsəllidən başqa bir işə yaramayıb.

Beləliklə də Fransa tarixində ikinci dəfə dünya çempionu olub.

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. “Lujniki” stadionu

1news.az

Paylaş:
919

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər